AZ

Laricaninin öldürülməsinə belə cavab verdilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Silahlı Qüvvələri ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə cavab olaraq Təl-Əviv yaxınlığındakı Ben-Qurion Hava Limanında İsrailin yanacaqdoldurma təyyarələrinə zərbə endiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi ordunun Mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Bu gün səhər saatlarında “IRIS Dena” hərbi gəmisinin cəsur dənizçilərinin, şəhid həkim Əli Laricaninin və general Qulamrza Süleymaninin intiqamı olaraq İsrail ordusunun strateji yanacaqdoldurma təyyarələrinin yerləşdiyi Ben-Qurion Hava Limanına pilotsuz uçuş aparatları ilə zərbələr dalğası həyata keçirilib”, - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ-nin martın 8-də Şri-Lanka sahillərində həyata keçirdiyi hücum nəticəsində “IRIS Dena” hərbi gəmisində olan 104 dənizçi həlak olub. İsrail Hərbi Hava Qüvvələrinin martın 17-nə keçən gecə hücumları nəticəsində isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” Müqavimət Qüvvələrinin komandiri Qulamrza Süleymani öldürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
2
qafqazinfo.az

3Mənbələr