AZ

“Çin birləşmədən sonra Tayvanı enerji ilə təmin etməyə hazırdır”

Yazını böyüt
Yazını kiçilt

“Çin Xalq Respublikası sülh yolu ilə yenidən birləşmədən sonra tayvanlı həmvətənlərimizi sabit və etibarlı enerji təchizatı ilə təmin etməyə hazırdır”.

Hafta.az yazır ki, bunu Çin Dövlət Şurası Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua jurnalistlərə bildirib.

Çen Binhua bildirib ki, sülh yolu ilə yenidən birləşmə Tayvanın sosial-iqtisadi inkişafı üçün böyük imkanlar yaradacaq, Tayvan əhalisinə maddi fayda gətirəcək.

Sözçü qeyd edib ki, birləşmədən sonra Tayvan boğazının iki tərəfi arasındakı qarşılıqlı əlaqə tam şəkildə reallaşacaq ,adanın elektrik enerjisi, təbii qaz və xam neft çatışmazlığını tamamilə həll etmək mümkün olacaq. O əlavə edib ki, Çin hökuməti tayvanlı həmvətənlərə daha əlverişli, ekoloji cəhətdən təmiz və sabit enerji təchizatı təmin etmək əzmindədir.

Seçilən
66
hafta.az

1Mənbələr