525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Biz həlledici bir mərhələdəyik. İrana endirilən zərbələrin intensivliyi yeni bir səviyyəyə çatır”.
525.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
İran rejiminin yüksək vəzifəli rəsmilərinin öldürülməsinə diqqət çəkən nazir deyib ki, İsrailin siyasəti aydındır: İranda heç kim toxunulmaz deyil və hər kəs bizim diqqətimizdədir.
Katz əlavə edib ki, siyasi rəhbərlik İsrail Müdafiə Qüvvələrinə rejimin yüksək vəzifəli şəxslərinə qarşı hərəkət etmək üçün daimi yaşıl işıq yandırıb:
"Baş nazir Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə əlavə icazəyə ehtiyac olmadan kəşfiyyat və əməliyyat dairəsində olan istənilən yüksək vəzifəli İran rəsmisini məhv etmək səlahiyyəti verdik. Biz onların hamısını ovlamağa davam edəcəyik."
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.