ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanla Azərbaycan arasında ticarət əlaqələrinin mümkün bərpası fonunda İrəvandan Bakıya “tək bir məhsulun” ixracı ilə bağlı aparılan danışıqlar diqqət çəkir. Lakin söhbətin konkret hansı məhsuldan getdiyi hələ də açıqlanmır.
Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov ehtimal edir ki, danışıqlar kimya sənayesinə aid məhsul üzərində qurula bilər:
“Sovet dövründə Ermənistanda bu qəbildən olan istehsal mövcud idi və həmin məhsullar regionun müxtəlif hissələrinə tədarük olunurdu. Ola bilsin ki, hazırda da məhz kimya sənayesinə aid məhsulun Azərbaycana ixracı müzakirə olunur”.
Ekspert ictimaiyyətdə səslənən başqa bir versiyaya – erməni konyakının ixracı ehtimalına isə şübhə ilə yanaşır:
“İlk baxışdan belə fikir formalaşa bilər ki, söhbət erməni konyakından gedir. Amma bu, o qədər də inandırıcı deyil. Azərbaycan bu sahədə kifayət qədər güclü və özünəməxsus brendlərə malikdir. Hətta bəzi hallarda yerli məhsullar Ermənistan konyakını üstələyir. Ona görə də düşünmürəm ki, burada predmet alkoqollu içkilərdir”.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsinin iş adamları ilə Azərbaycan tərəfi arasında İrəvandan Bakıya bir məhsulun ixracı ilə bağlı danışıqlar aparıldığını açıqlayıb.
Nazir konkret məhsulun adını çəkməsə də, bu bəyanat regionda mümkün iqtisadi əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
Rüfət Sultan, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.