Bakupost saytına istinadən ain.az xəbər verir.
Qanunsuz mərc və şans oyunları günümüzün əsas bəlalarından birinə çevrilib.
Bakupost.az xəbər verir ki, bu onlayn platformaların bir məqsədi var, insanları aldadaraq əllərində olanı almaq. Qanuni mərc və şans oyunları platformaları dövlət nəzarətində, şəffaf və hüquqi fəaliyyət göstərdiyi halda, qanunsuz platformalar həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Bəzi hallarda vətəndaşlar bu fərqləri bilmədiklərinə görə qanunsuz platformaların tələsinə düşürlər. Belə oyunlara daxil olan zaman vətəndaşın kart nömrəsi, şəxsi məlumatları tələb olunur ki, bu da məlumatların kibercinayət qruplarının əlinə keçməsinə səbəb olur.
Qanunsuz mərc oyunlarının ziyanı təkcə insan faktoru ilə əlaqəli deyil. Oyunlar ölkə iqtisadiyyatı üçün də ciddi təhlükə yaradir. “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi platformalar Azərbaycanda lisenziyasız fəaliyyət göstərir, qanunsuz yollarla külli miqdarda gəlir əldə edir, dövlətə vergi ödəmir və tamamilə dövlət nəzarətindən kənarda fəaliyyət göstərirlər.
Bu cür qanunsuz mərc və şans oyunları platformalarından əldə edilən vəsaitlərdən çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alveri və digər ağır cinayətlərin maliyyələşdirilməsində istifadə edilir.
Azərbaycanın ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunları ilə mübarizəni daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə mütəmadi əməliyyatlar həyata keçirilir, qanunsuz mərc və şans oyunları təşkil edən şəxslər və dəstə üzvləri müəyyən edilərək məsuliyyətə cəlb olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.