İranın bir müddət əvvəl yaralanmış yeni Ali Lideri Ayətullah Müctəba Xamenei tam sağalıb.
7Times.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib: “Məndə olan və etibarlı hesab etdiyim məlumata görə, o, tam sağlamdır”.
Əraq deyib ki, Müctəba Xamenei ABŞ və İsrailin hücumunda yüngül xəsarətlər almışdı.
Mütəba Xamenei 8 martda İranın Ali Lideri seçilib, lakin bu günə qədər o, hələ bir dəfə də olsun ictimaiyyət qarşısında çıxış etməyib. Onun xalqa müraciəti yalnız bir dəfə televiziyada oxunub.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, M. Xameneinin həyatı ilə bağlı qəti məlumat yoxdur. İran dəfələrlə bildirib ki, zədəsinə baxmayaraq, sağlamlığı təhlükədə deyil.
“The Telegraph” qəzeti Müctəba Xameneinin hücumdan bir müddət əvvəl qaldığı evdən çıxdığına görə 28 fevral tarixli raket hücumundan sağ çıxdığını bildirib.