ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ və İsrailin İranın cənubundakı Fars əyalətində rayon məhkəməsinə endirdiyi zərbə nəticəsində ölənlər və yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbə çərşənbə günü səhər vətəndaşların qəbul saatlarında baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hazırda məlum deyil.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.