AZ

ABŞ hərbçiləri İspaniyadan çıxarılsın: “Podemos” liderindən sərt çağırış

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın sol yönümlü “Podemos” partiyasının baş katibi, 2021–2023-cü illərdə sosial hüquqlar naziri olmuş İone Belarra ölkədən ABŞ hərbçilərinin çıxarılmasını və ABŞ-la birgə istifadə olunan hərbi bazaların bağlanmasını təklif edib.

Bizimyol.info xəbər verir ki, o, Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxış edərək krallığın baş naziri Pedro Sançesə müraciətlə: “Fələstin, Venesuela, Kuba, İran, Livan, Yəmən, Qrenlandiya – cənab hökumət başçısı, hazırda ABŞ və İsrail bəşəriyyətin təhlükəsizliyi üçün ən böyük təhdiddir”, - deyə bildirib. Belarranın sözlərinə görə, “onlar bütün dünyaya hücum edirlər və bunu ona görə edirlər ki, bacarırlar – çünki vaxtında heç kim onları dayandırmayıb”.

“Müharibəyə "yox" demək Rota və Moron bazalarının bağlanması deməkdir; bu bazalar ABŞ prezidenti Donald Trampın qeyri-qanuni müharibələri üçün istifadə oluna bilər. Bu, həm də ABŞ ordusunun ölkəmizdən çıxarılması deməkdir. Müharibəyə "yox" demək eyni zamanda yenidən silahlanmanın ləğvi deməkdir”, - deyə o vurğulayıb.

Deputat İspaniyanın NATO-dan çıxmasını da dəstəkləyib. Onun fikrincə, ölkə “bu cinayətkar alyansın” tərkibində qaldıqca ABŞ və İsrailin “şəriki” olaraq tanınacaq.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini hədəf alıb. Ağ Ev hücumları Tehrandan qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İnqilab Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatı həyata keçirərək İsraili hədəfə aldığını bəyan edib. Bundan başqa, ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

İspaniya əvvəlcədən ABŞ və İsrailin əməliyyatına qarşı çıxıb. Madrid bu məqsədlə ABŞ-a ölkə ərazisində yerləşən bazalardan istifadə etməyə də icazə verməyib. Bu mövqe Vaşinqtonun tənqidi ilə qarşılanıb və ABŞ İspaniya ilə ticarət əlaqələrini dayandırmaqla hədələyib.

Qadir, Bizimyol.ifo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr