ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“İranın silah anbarlarının böyük hissəsi dərin yeraltı bunkerlərdə saxlanılır".
“AzPolitika” xəbər verir ki, bunu ABŞ hərbi mənbələrinə istinadən silah sənayesi üzrə ekspert Kris Pertric BBC-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu anbarlar müttəfiqlərin hədəfinə çevrilib.
Ekspertin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlıq (CENTCOM) regionda yerləşən İrana aid raket mövqelərinə zərbə endirmək üçün 2,270 kq-lıq xüsusi aviabombalardan istifadə edib. Bunlardan ehtimal olunan variant GBU-72 Advanced 5K Penetrator bombasıdır.
Pertric vurğulayıb ki, GBU-72 ilk dəfə 2021-ci ildə sınaqdan keçirilib və çox dəqiq, yüksək kalibrli, yeraltı və dərin mövqeləri vurmaq üçün nəzərdə tutulmuş JDAM tipli bombadır. Bombalar həm peyk, həm də inersial naviqasiya sistemi ilə hədəfə yönəlir. ABŞ Hərbi Hava Qüvvələri bombanı “çətin əldə olunan, dərin hədəflər üçün hazırlanmış” kimi xarakterizə edib.
Ekspert əlavə edib ki, GBU-72 bombaları “F-15E Strike Eagle” qırıcıları tərəfindən daşıla bilər. Bu, ABŞ hərbçilərinə strateji elastiklik təmin edir və B1-B bombardmançılarını xüsusi hava bazasından istifadə etmədən əməliyyat aparmağa imkan verir.
Pərtric qeyd edib ki, “ABŞ və İsrail İranda raket və pilotsuz uçuş infrastrukturlarına zərbələr endirirlər, amma Tehəranın silah arsenalı hələ də ciddi təhlükə yaradır”.
Ekspert xatırladıb ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusu dünən İsrailin Təl-Əviv şəhərinə “Xorramşəhər-4” və “Qədr” raketləri ilə zərbə endirib. Hər iki raket bir neçə partlayıcı başlıq daşıyır və yayımlanan videolar İranın kassetli bombalardan istifadə etdiyini təsdiqləyir.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.