AZ

İran raketindən sonra "İncirlik"də hərəkətlilik: NATO ən güclü silahını Adanaya yerləşdirdi

Regionda artan raket təhlükəsi fonunda Türkiyənin hava hücumundan müdafiə sistemi daha da gücləndirilir. Almaniyadan göndərilən növbəti "Patriot" zenit-raket kompleksi artıq təyinat nöqtəsinə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən rəsmi məlumata görə, Almaniya tərəfindən NATO çərçivəsində ayrılan əlavə "Patriot" sistemi ölkənin cənubunda, Adana vilayətində yerləşən strateji əhəmiyyətli "İncirlik" aviabazasında yerləşdirilib.

Bu, Adanadakı aviabazada yerləşdirilən artıq ikinci "Patriot" sistemidir.

Xatırladaq ki, bir müddət əvvəl İran ərazisindən atılan və Türkiyə hava məkanına daxil olan raketin uğurla zərərsizləşdirilməsindən sonra rəsmi Ankara və NATO müttəfiqləri təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıblar. 

Musavat.com

 
Seçilən
33
musavat.com

1Mənbələr