ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
İkinci Liqanın XVIII turunda “Xankəndi” doğma meydanda “Ağdaş”ı 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra Qarabağ təmsilşisinin təcrübəli hücumçusu Tural Qurbatov qarşılaşmanı dəyərləndirib.
Matçın 49-cu dəqiqəsində komandasının dördüncü qoluna imza atan forvard Fanat.Az-a belə danışıb:
"Çempionluğa oynayan komandayıq, hər oyuna 3 xal üçün çıxırıq. Üstəlik, mümkün qədər qol vurmağa çalışırıq. Rəqiblərin çoxu isə arxaya "oturur" və belədə sıx müdafiəni yarmaq çətinləşir. Hər dəfə müxtəlif yollar axtarmalı oluruq. Ən əsası isə döyüşürük, sona qədər mübarizə aparırıq. Bu gün qol vurmağı çox istəyirdim. Çünki 2 tur idi oynamırdım, zədəli idim. Yenidən qol duyumunu bərpa etmək, bombardirlik yarışında mübarizəni davam etdirmək əzmindəyəm. Məqsəd bombardirlik olmasa da, bu, hücumçu üçün gözəl hissdir. Əsas komandamın uğurudur. Çalışacağam ki, növbəti oyunlarda da komandaya köməyim dəysin".
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.