Moskva enerji sektorunda əməkdaşlığı davam etdirmək üçün Avropa ölkələrindən heç bir siqnal almayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya avropalılardan dialoq aparmaq istədikləri barədə heç bir siqnal olmayıb.
"Digər tərəfdən bu, heç vaxt gec deyil. Prezident Putin konstruktiv dialoqa açıqdır”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi, həmçinin qeyd edib ki, Rusiyanın Avropa qaz bazarlarından vaxtından əvvəl çıxması məsələsinə baxılır:
“Hazırki vəziyyətin bütün xüsusiyyətləri nəzərə alınmaqla dərin təhlili aparılır”.