Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Aktrisa Zarina Qurbanova sosial şəbəkələrdə uşaqların rəqs videoları ilə bağlı narahatlığını ifadə edib.
AZXEBER.COM xəbər verir ki, Qurbanova bildirib ki, həmin videolarda uşaqlar qeyri-adi hərəkətlərlə çıxış edir, bu isə cəmiyyətdə birmənalı qarşılanmır.
Qurbanova əlavə edib ki, bu cür rəqslər bəzən toy məclislərində də nümayiş olunur və bu hallar cəmiyyət üçün ciddi suallar doğurur:
"Bəzi müəllimlər var ki, sosial şəbəkədə görürük, qız uşaqlarına "vəhşi" rəqsi öyrədirlər. Balaca uşaqlar qəribə əl və ayaq eləmentləri edərək, ora-burasını oynadır, adını da rəqs qoyurlar. Onlar toylara gedirdi, kişilər həmin qızları əhatəyə alırdılar.
Sosial şəbəkədə bu görüntülər viral olan ərəfədə mən çox mübarizə aparmağa çalışdım və məyus oldum. Çünki bir çoxunun anaları mənə yazdılar ki, "Bizə xoşdur, sizə nə?". Onda anladım ki, əsas olmaq valideyn olmaq deyilmiş, özünü inkişaf etdirib həyatı anlamaqdır. Yalnız ondan sonra normal övlad yetişdirmək olar. Bu cəmiyyət üçün kimləri yetişdirirsiz? Biz o cür rəqsləri parodiya edəndə belə qınayırlar ki, niyə elə oynadın?".
Aysel
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.