AZ

ABŞ ordusunda "İran inqilabı": Pentaqon kütləvi İSTEHSALA BAŞLADI

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın "Şahed" tipli pilotsuz uçuş aparatlarının (PUA) analoqu olan "LUCAS" zərbə dronlarının kütləvi istehsalına başlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun tədqiqat və sınaqlar üzrə rəhbər müavini Emil Maykl məlumat verib.

"Bloomberg" agentliyinin məlumatına görə, Emil Maykl bu tip dronların döyüş meydanında özünü çox yaxşı doğrultduğunu bildirib.

Pentaqon rəsmisi qeyd edib ki, ucuz və effektiv olan bu aparatlar ABŞ ordusunun arsenalında "olduqca faydalı bir alət"ə çevriləcək.

Yeni pilotsuz uçuş aparatı LUCAS (Low-Cost Uncrewed Combat Attack System – Ucuz Pilotsuz Döyüş Hücum Sistemi) adlanır. Layihənin əsas üstünlükləri aşağıdakılardır:

Bir ədəd "LUCAS" dronunun istehsalı təxminən 55 min dollara başa gələcək.

Aparatın uçuş məsafəsinin 400 dəniz milini (təxminən 740 km) keçəcəyi gözlənilir.

Bu dronların qiyməti bir neçə milyon dollar olan bahalı qanadlı raketləri qismən əvəzləməsi planlaşdırılır.

Pentaqon bu addımı ilə hərbi xərcləri optimallaşdırmağı və döyüş meydanında kütləvi zərbə imkanlarını artırmağı hədəfləyir. 

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr