İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot “Qalatasaray” ilə bu gün keçirliəcək cavab oyunu haqqında danışıb.
News365.az xəbər verir ki, baş məşqçi
komandasının oyuna yaxşı hazırlaşdığını bildirib:
“Biz oyuna yaxşı hazırlaşmışıq. Əlbətdə üzərimdə müəyyən bir təzyiq hiss edirəm.
Hamımız bu təzyiqi hiss edirik. Bu azarkeşlərin bizdən gözləntilərinin göstəricisidir.
Bu təzyiqi hiss etmək xoşdur. İnanıram ki, təzyiqlərin öhtəsindən gəlib, uğurlu
nəticə əldə edəcəyik”.
Qeyd edək ki, “Liverpul” ilk oyunda”Qalatasaray”a 1-0 hesabı ilə məğlub olub.