
Şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində Keniya daxilində ölənlərin sayı 71 nəfərə çatıb.
Missiya.Az xəbər verir ki, ən çox ölüm 36 nəfər olmaqla paytaxt Nayrobidə qeydə alınıb.Bildirilib ki, şərq bölgəsində 19, Rift Vadisində 8, Nyanzada 4, Sahil bölgəsində 3 və Mərkəzi bölgədə 1 nəfər həyatını itirib.
Daşqınlar bir çox ərazidə infrastruktur üçün böyük ziyan vurub, 2 622 ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Meteorologiya Departamenti yağışların davam edəcəyini xəbər verib və əhaliyə ehtiyatlı olmaq tövsiyə olunub.
Milli Polis Xidmətinin təcili yardım qrupları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Seyranə QuliyevaMissiya.Az