AZ

Avtomobil nömrəsini “bron” etmək olar?

Avtomobil alqı-satqısı zamanı ən çox müzakirə olunan məsələlərdən biri də dövlət qeydiyyat nişanlarının taleyidir. Bəzən sürücü həmin nömrəni yeni avtomobil alanadək öz adında saxlamaq istəyir. Bu baxımdan nömrələrin “bron” edilməsi mümkündür?Nəqliyyat eksperti Elməddin Muradlı Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda bununla bağlı Azərbaycanda hər hansı problem yoxdur. Lakin ekspert hesab edir ki, bu məsələni qanunvericilikdə əks etdirmək mümkündür. Çünki qanunvericilikdə yer alarsa, daha möhkəm və aydın mexanizm formalaşar: “İndiki halda vətəndaş avtomobilini satarkən nömrədən imtina edir və ya nömrənin saxlanılmasını istəyirsə, yol polisi onu müvəqqəti olaraq saxlayır. Vətəndaş sonradan yeni avtomobil alıb müraciət etdikdə və bildirəndə ki, onun adına əvvəlki nömrə mövcuddur, həmin nömrə ona təqdim olunur”. “Yəni hazırda bunun konkret müddəti yoxdur və məsələ qeyri-rəsmi qaydada tənzimlənir. Lakin bu mexanizm rəsmi şəkildə qanunvericiliyə daxil edilsə və vətəndaş dövlətə müəyyən ödəniş edərək nömrəni öz adına rəsmiləşdirsə, daha etibarlı və şəffaf bir sistem formalaşa bilər”, - deyə E.Muradlı qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
71
1
metbuat.az

2Mənbələr