AZ

Məktəblərdə musiqi və incəsənət otaqları yaradılmalı, mədəniyyət tarixi tədris edilməlidir – Elçin Mirzəbəyli

Bakı. Trend:

Musiqi məktəblərinin mövcudluğuna və fəaliyyətinə hansıkontekstdən yanaşdığımız vacibdir. Bu müəssisələri peşəkarmütəxəssislərin hazırlanması prosesinin bir hissəsi kimi görürüksə,bu, tamamilə fərqli yanaşma tələb edir. Məqsəd Azərbaycanvətəndaşlarının musiqi zövqünün formalaşdırılmasıdırsa, bu zamanyanaşma yenə fərqli olmalıdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElçinMirzəbəyli komitədə keçirilən “İncəsənət məktəblərinin mövcudvəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədədeyib.

Millət vəkili bildirib ki, musiqi zövqünün formalaşdırılmasıkompleks bir prosesdir və bu artıq orta məktəblərdə də sistemlişəkildə həyata keçirilməlidir:

“Orta məktəblərdə musiqi və rəsm dərsləri formal çərçivədənçıxarılmalı, daha geniş və məzmunlu şəkildə tədris olunmalıdır. Bu,şagirdlərin ümumi dünyagörüşünün və mədəni zövqünün formalaşmasındamühüm rol oynayır. Çünki musiqi zövqünün olmadığı və ya zəiflədiyihallarda cəmiyyətdə baş verən proseslərin təsirini açıq şəkildəmüşahidə edirik. Bu baxımdan gələcəkdə məktəblərdə musiqiotaqlarının, ümumilikdə isə mədəniyyət və incəsənət otaqlarınınyaradılması məqsədəuyğun olardı. Bu məkanlarda yalnız musiqi vərəsm deyil, incəsənətin digər sahələri ilə bağlı dərslərin dətədrisi həyata keçirilə bilər. Eyni zamanda, Azərbaycan tarixinintərkib hissəsi kimi mədəniyyət tarixinin orta məktəblərdə tədrisidə milli identikliyin qorunması baxımından vacib amillərdənbiridir”.

Deputat vurğulayıb ki, o, sertifikatlaşma və attestasiyaprosesində iştirak edib və bu prosesdə şəffaflığın necə təminolunduğunun şahidi olub:

“Bu yanaşma tamamilə doğrudur. Çünki ikili yanaşma var. Biznəticə etibarilə nə istəyirik? Gələcəyimizə sosial yanaşma tərziortaya qoyuruq, gələcəyimizin işıqlı olmasını istəyirik. Əgərattestasiya, sertifikatlaşdırma prosesinə insanların sosialproblemlərinin həlli kontekstində yanaşsaq, o zaman gələcəyimizişikəst edərik. Bu kimi məsələlərdə qətiyyən güzəştə yol verməkolmaz”.

E.Mirzəbəyli sonra mədəniyyət naziri və bütövlükdə nazirliyəteatrların idarəetmə sistemində həyata keçirilən tənzimləmələrəgörə təşəkkürünü bildirib:

“Çünki xırda avtoritetlərin hökm sürdüyü mühitdə heç vaxtyaradıcı atmosfer formalaşmır. Atmosferi təmizləmək, pəncərələriaçmaq lazımdır. İslahatlar elə “pəncərələrin açılması”, “havanındəyişməsi”ndən başlayır”.

Mədəniyyət naziri Adil Kərimli Elçin Mirzəbəylinin çıxışınacavab olaraq bildirib ki, mədəniyyət, xüsusilə incəsənət sahəsindətəhsilin konseptual yanaşması aydın şəkildəmüəyyənləşdirilməlidir:

“Hazırda sistemimizdə fəaliyyət göstərən musiqi, incəsənət vəaşıq məktəbləri vahid şəkildə birləşdirilərək “incəsənətməktəbləri” adı altında təqdim olunur. Bu səbəbdən, mən də bu ümumitermini istifadə edərək bütün bu istiqamətləri nəzərdə tuturam.Burada əsas yanaşma ondan ibarətdir ki, bu təhsil müəssisələrinəpeşəkar sahə üçün ilkin hazırlıq mərhələsi kimi baxılır. Eynizamanda, dərnək formatında vətəndaşların musiqi və estetik zövqününformalaşdırılması, onların bu sahədə ümumi və universalbiliklərinin inkişaf etdirilməsi istiqamətində ayrıca kurikulumlarda müəyyən edilir. Bu proses çərçivəsində Elm və Təhsil Nazirliyiilə birgə əməkdaşlıq edilərək orta məktəblərdə incəsənət fənlərinintədrisinə də xüsusi önəm verilməsi nəzərdə tutulur”.

Seçilən
15
az.trend.az

1Mənbələr