AZ

Şəmkir baş məşqçisiz qaldı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir" klubunda baş məşqçi istefası reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Rasim Əliyev postundan uzaqlaşdırılıb.

Qərb təmsilçisi son turda "Araz Saatlı" üzərində qələbə (1:0) qazansa da, bu uğurda Əliyevin payı olmayıb. Belə ki, rəhbərlik "Xankəndi" ilə baş tutmayan oyundan dərhal sonra qərarını verib. Təsadüfi deyil ki, çalışdırıcının adı "Şəmkir" - "Araz Saatlı" oyununun protokoluna salınmayıb.

Qeyd edək ki, "Şəmkir" 18 turda 29 xal toplayıb və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Rasim Əliyev 2025-ci ilin noyabrından "Şəmkir"i çalışdırırdı.

Mirağa 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
fanat.az

2Mənbələr