AZ

Lalə Azərtaşın verilişi bağlanmayıb - YENİLƏNİB

Manset.az-ın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, Lalə Azərtaşın “Təsir dairəsi” verilişi bu gün efirə çıxacaq.

Veriliş öz axarı ilə davam edəcək. 

Bildirək ki, ötən gün kanal daxilindən Lalə Azərtaşın verilişinin bağlanması ilə bağlı məlumat verilmiş, telekanalın yüksək vəzifəli şəxsləri də bu xəbəri dolayı yolla saytımıza təsdiqləmişdilər.

****

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişi bağlanıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Lalə Azərtaşın aparıcılıq etdiyi "Təsir dairəsi" verilişi telekanalın daxili qərarı ilə yayımdan qaldırılıb. 

Qeyd edək ki, Oxu.az saytının yazdığı məlumata görə, ATV telekanalında yayımlanan “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni Axtarıram” və “Həmin Zaur” verilişləri də dayandırılıb.

"Cebheinfo.az"

Seçilən
59
1
cebheinfo.az

10Mənbələr