AZ

Daxili bazarda təklif nisbi olaraq azalır və qiymətlər yüksək qalır Ekspert

525.az saytına istinadən ain.az xəbər verir.

“Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının təxminən yarıdan çoxu idxal hesabına qarşılanır. Üstəgəl, aqrar sahədə son illər məhsuldarlıq azalır, nəyinki artır. Bununla belə qiymət formalaşmasına təkcə istehsal həcmi deyil, həm də maya dəyəri, logistika xərcləri, yanacaq, gübrə, toxum, kredit faizləri və əməkhaqqı kimi amillər təsir göstərir. Əgər istehsal xərcləri yüksəlibsə, məhsuldarlıq artsa belə, qiymətlər aşağı düşməyə bilər”. 

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli söyləyib. O qeyd edib ki, digər mühüm amil ixracın cəlbediciliyidir:

“Əgər xarici bazarda qiymətlər daha sərfəlidirsə, istehsalçı məhsulunu ixraca yönəldir. Bu halda daxili bazarda təklif nisbi olaraq azalır və qiymətlər yüksək qalır. Xüsusilə mövsümi məhsullarda bu daha aydın görünür. Yerli bazarda bolluq olsa belə, məhsulun keyfiyyət kateqoriyaları fərqli olur və ixraca daha keyfiyyətli hissə göndərildikdə daxildə təklif strukturu dəyişir”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr