AZ

Naxçıvan şəhərinin bir neçə kənd və küçələrinə içməli suyun verilişi dayandırılacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 18 mart, AZƏRTAC

Naxçıvan şəhərində magistral xətdə qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14-dən etibarən Naxçıvan şəhərinin bəzi ərazilərinin - S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Müxbir- Nail Əsgərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
azertag.az

1Mənbələr