AZ

“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray”la qarşılaşacaq “Liverpul” komandası itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, İngiltərə təmsilçisinin müdafiəçisi Joe Qomez zədələnib. 28 yaşlı oyunçu komandasının son məşqində iştirak etməyib.

Mersisayd klubunun baş məşqçisi Arne Slot futbolçu ilə bağlı son qərarı bu gün verəcək.

“Liverpul” – “Qalatasaray” görüşü Bakı vaxtı ilə gecə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyunu Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
4
azertag.az

4Mənbələr