AZ

3 illik qeyr rəsmi münasibətin axırı polisdə bitdi Bakıda qadın sevgilisini döydü

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xırdalan şəhərində 1984-cü il təvəllüdlü Qəmər qeyri-rəsmi münasibətdə olduğu tanışı Pərvizə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 21-də baş verib. Qəmər həmin gün gecə saatlarında yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Pərvizlə yemək yeyib, alkoqollu içki qəbul edib. Daha sonra sərxoş vəziyyətdə həmin gecə saat 5 radələrində ona intim münasibətdə olmaq istədiyini bildirən Pərvizə etiraz edib, irad bildirib. Həmin vaxtı tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Narazılıqla əlaqədar mübahisə baş verdikdən sonra Qəmər Pərvizin üzərinə hücum edib, əvvəlcə əlləri ilə onun boğaz nahiyəsindən tutaraq dırnaq nahiyələri ilə boğazından sıxıb, əlləri ilə sinəsindən itələyib. Pərvizin kürək nahiyəsinin stula dəyməsinə səbəb olub. Ardınca masanın üzərindəki boş araq şüşəsini götürüb və Pərvizin başına vurub. Qəmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Qəmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Pərviz onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir:“Hazırda subay olsam da, əvvəlki nikahımdan 2 azyaşlı övladım var. Təxminən 3 ildir ki, Pərvizlə qeyri-rəsmi münasibətdə birlikdə Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayırıq. Tez-tez Pərvizlə aramızda sözlə mübahisələrim olur”. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə dekabrın 20-də, saat 23 radələrində Pərvizlə kirayə yaşadığı evdə birlikdə yemək yeyib, bir qədər spirtli içki qəbul edib:“Saat 5 radələrində yerimə uzandım və yatmaq istəyən zaman Pərviz mənə yaxınlaşaraq əlaqədə olmaq istədiyini bildirdi. Onun bu istəyinə etiraz etdim. Bu səbəbdən həmin vaxt aramızda mübahisə yarandı. Mən əlim ilə Pərvizin boğaz nahiyəsindən tutaraq dırnağımla onun boğazının sağ nahiyəsinə xəsarət yetirdim. Pərviz üstümə gələn zaman əlim ilə onun sinəsindən tutaraq kənara itələdim. Bu zaman onun belinin sağ nahiyəsi stula dəydi”. Qəmər ifadəsində göstərib ki, mübahisə davam edərkən Pərviz onu təhqir etdiyi üçün yemək yedikləri masanın üzərində olan boş araq şüşəsini götürüb və onun başına vuraraq xəsarət yetirib: “Boş araq şüşəsi zərbədən sınaraq yerə dağıldı. Sonra Pərviz yerə yıxıldıqdan sonra evdən getdim. Sonra mənə məlum oldu ki, Pərviz barəmdə Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Baş vermiş hadisə zamanı Pərviz məni vurmayıb, heç bir xəsarət yetirməyib. Mübahisə zamanı səs-küy yaranmayıb, yanımızda başqa şəxs olmayıb”. Zərərçəkmiş Pərviz ifadəsində göstərib ki, hazırda subay olsa da, əvvəlki nikahından 1 azyaşlı övladı var:“Təxminən 3 ildir ki, Qəmərlə qeyri-rəsmi münasibətdə birlikdə kirayədə yaşayırıq. Tez-tez Qəmərlə aramızda sözlə münaqişələrimiz yaranır. Sonuncu dəfə Qəmər ilə kirayə yaşadığım evdə birlikdə yemək yeyib, bir qədər alkoqol spirtli içki qəbul etdik. Gecə saat 5 radələrində Qəmərə cinsi əlaqədə olmaq istədiyimi bildirdim. O, isə etiraz edən zaman aramızda mübahisə yarandı. Qəmər ayağa qalxaraq əli ilə boğaz nahiyəmdən tutdu, dırnağı ilə sıxaraq mənə xəsarət yetirdi. Həmin vaxt onun üstünə gedərək sakitləşdirmək istədim. Bu zaman Qəmər əli ilə sinəmdən tutaraq itələdi, belimin sağ nahiyəsi stula dəyərək xəsarət aldım. Mübahisə davam edən zaman Qəmər yemək yediyimiz masanın üstündə olan boş araq şüşəsini götürərək başıma vurdu”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qəmər 1000 manat məbləğində cərimə edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr