Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qış aylarında süfrələrin əvəzolunmazı sayılan quru əncir yalnız dadı ilə deyil, həm də zəngin qida tərkibi ilə diqqət çəkir. Bu meyvə həzm sistemindən ürək-damar sağlamlığına qədər bir çox sahədə orqanizmə müsbət təsir göstərir. Xüsusilə axşamdan suda saxlanılıb səhər acqarına qəbul edilən əncirin faydalarının daha da artdığı qeyd olunur.Demokrat.az-ın məlumatına görə quru incir təbii bağırsaq təmizləyicisi kimi tanınır. Tərkibində həm həll olunan, həm də həll olunmayan liflərin olması onun qəbizliyin qarşısını almaqda effektiv vasitə olduğunu göstərir. Bir porsiyada təxminən 5 qram lifin olması bağırsaq fəaliyyətini tənzimləyir, eyni zamanda prebiotik təsir göstərərək faydalı bakteriyaların aktivliyini artırır. Bu xüsusiyyət qidaların daha yaxşı mənimsənilməsinə və kolon sağlamlığının qorunmasına kömək edir.Əncirin digər önəmli təsirlərindən biri də qan şəkərinin tənzimlənməsidir. Tərkibindəki liflər şəkərin qana sorulmasını ləngidir və bu da kəskin yüksəlişlərin qarşısını alır. Araşdırmalara görə, əncir yarpağı və meyvəsi acqarına qan şəkərinin aşağı düşməsinə dəstək verə bilər.Ürək-damar sistemi üçün də quru əncir faydalı hesab olunur. Onun tərkibindəki kalium və antioksidantlar pis xolesterinin azalmasına, qan təzyiqinin sabit qalmasına yardım edir. Suda həll olunan liflər isə xolesterolu bağlayaraq orqanizmdən xaric olunmasını sürətləndirir.Bu meyvə sümük sağlamlığı baxımından da əhəmiyyətlidir. Kalsium, maqnezium, fosfor və kaliumla zəngin olan quru əncir sümük sıxlığını qoruyur. Təxminən dörd ədəd quru əncirdə 60 mq kalsiumun olması sümüklərin möhkəmlənməsinə və sınıq riskinin azalmasına kömək edir. Xüsusilə yaşlı insanlar və heyvan mənşəli qidalardan istifadə etməyənlər üçün bu məhsul faydalı hesab olunur.Bundan əlavə, əncir güclü antioksidant mənbəyidir. Tərkibində olan E vitamini, karotenoidlər və flavonoidlər orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, iltihabı azaldır və immun sistemini gücləndirir.Qeyd edək ki, hər hansı sağlamlıq problemi ilə bağlı qərar verməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.