AZ

İrandakı Buşehr AES ərazisinə zərbə endirilib Rusların evakuasiyası gözlənilir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın Buşehr Atom Elektrik Stansiyası (AES) ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri ilk dəfə hava hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçyov Rusiya mediasına bildirib.

O deyib ki, hücum 17 mart axşamı baş verib və stansiyaya aid meteoroloji xidmət binasına bitişik, işləyən enerji blokuna yaxın ərazi hədəf alınıb. Xəsarət alan olmayıb və obyektdə radiasiya səviyyəsi normal həddə qalıb.

Bununla yanaşı, Lixaçyov qeyd edib ki, təxminən 480 rusiyalı işçi stansiyada işləməyə davam edir. Ancaq onların üçüncü təxliyə dalğası hazırlanır.

Rusiya dövlət korporasiyasının rəhbəri vurğulayıb ki, Rusiya bu hücumu pisləyir və münaqişə tərəflərini "AES yaxınlığındakı vəziyyəti deeskalasiya etmək üçün bütün mümkün səyləri göstərməyə" çağırır.

Buşehr Atom Elektrik Stansiyası Buşehr şəhəri yaxınlığında yerləşən nüvə elektrik stansiyasıdır. Bu, İranda, eləcə də bütün Yaxın Şərqdə ilk belə stansiyadır. Onun tikintisi 1975-ci ildə başlayıb və uzun bir fasilədən sonra 1995-ci ildə Rosatom-un iştirakı ilə bərpa edilib. İlk enerji bloku 2011-ci ilin sentyabrında istifadəyə verilib və şəbəkəyə qoşulub, kommersiya istismarı isə 2013-cü ildə başlayıb. İkinci blokun tikintisi hələ də davam edir.

Buşehrdə ABŞ-İsrail hərbi əməliyyatının ilk günündə də partlayış qeydə alınıb. Lakin onun səbəbi barədə məlumat verilməyib. “Rosatom” o zaman rusiyalı işçilərinin uşaqlarını, eləcə də getmək istəyənləri təxliyə etdiyini açıqlayıb. Ümumilikdə 94 nəfər təxliyə edilib. 12 martda “Rosatom” daha 150 rusiyalını stansiyadan təxliyə edib. Ərazidə əsas tikinti işləri dayandırılıb. 

“Rosatom” rəhbəri həmin vaxt iddia etmişdi ki, Vladimir Putin stansiyanı hücumlardan qorumaq və insanların təhlükəsizliyini təmin etmək üçün şəxsən çalışır. Lakin Rusiyanın özündəki vacib infrastruktur və enerji obyektlərini qoruya bilməyən Putinin İrandakı obyekti necə “qoruduğu” göz önündədir…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
azpolitika.info

1Mənbələr