AZ

Ukrayna ordusu Krasnodara zərbə endirdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Krasnodar şəhərinin ən böyük otellərindən və çoxmənzilli binalarından biri ötən gecə Ukrayna ordusu tərəfindən dron hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, hücum zamanı təxminən 17 avtomobilə ziyan dəyib:

“PUA-ların qalıqları fərdi evin divarına və pəncərəsinə, eləcə də otelin dayanacağında olan yeddi avtomobilə zərər vurub. Prikubansk rayonunda PUA-nın parçalarının düşməsi nəticəsində çoxmənzilli binanın damı zədələnib, eyvan dağılıb və mənzillərdən biri zədələnib. Qəlpələr nəticəsində təxminən 10 avtomobil zədələnib”.

İlkin məlumata görə, itki yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
axar.az

1Mənbələr