
İndoneziya Yaxın Şərqdə gərginliyin artması səbəbindən Qəzzaya qoşun yeritmə planını təxirə salıb.
Missiya.Az xəbər verir ki, planlar tamamilə təxirə düşüb və gecikmənin əsas səbəbi regional gərginlikdir. Qeyd edək ki, ölkə əvvəlcə 8 min əsgərin iyun ayına qədər hazır olacağını bildirmişdi.
Qəzza Sülh Planı çərçivəsində Türkiyə, ABŞ, Qətər və Misir atəşkəs elan edib, BMT Təhlükəsizlik Şurası planı təsdiqləyib. Yanvarda Qəzza Milli İdarəetmə Komitəsi yaradılıb, Sülh Komitəsi isə fevralda ilk iclasını keçirib.
Seyranə QuliyevaMissiya.Az