ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Rusiyanın Xalq artisti Alla Puqaçova ailəsi ilə birlikdə yaşadığı Kipri də tərk etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, bu haqda NTV telekanalı məlumat yayıb. Bildirilib ki, onun Kiprdəki villası satışa çıxarılıb. Eyni zamanda, əmlak aylıq 15 min avroya (29,3 min manatdan çox) uzunmüddətli icarəyə də təklif olunur.
Qeyd edilib ki, villa Britaniyaya məxsus hərbi hava bazasının yaxınlığında yerləşir və həmin bazaya dron hücumu edilməsi Puqaçovanın Kipri tərk etməsinə səbəb olub.
Bəzi mənbələr iddia edir ki, sənətçi artıq Bolqarıstana köçərək 48 milyon rubl (990 min manatdan çox) dəyərində kottec alıb. Digər məlumatlara əsasən isə o, hələlik yeni yaşayış yeri üçün Ermənistanla Latviya variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, 2022-ci ildə Alla Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin, əkizləri Liza və Harri ilə birlikdə İsrailə köçmüşdü. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.