AZ

Gürcüstanda "oğru aləm"lə əlaqəli 72 nəfər həbs edildi

Gürcüstanda "Cinayətkar aləm"lə əlaqəsi olan 72 nəfər həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze açıqlayıb. 

Geladzenin sözlərinə görə, daha beş nəfərə qarşı ittiham irəli sürülüb - bəziləri cəzaçəkmə müəssisəsində, bəziləri isə qiyabi olaraq həbs edilib.

Saxlanılanlar "cinayətkar aləmdə üzvlük", "cinayətkar aləmin fəaliyyətlərini dəstəkləmək", "cinayətkar toplantıda iştirak etmək", "cinayətkar aləmin üzvünə müraciət etmək" və "qanuni oğruluq"da ittiham olunurlar.

Bundan əvvəl 17 martda Acarıstanda misli görünməmiş bir əməliyyat keçirildiyi barədə məlumat yayılıb. Medianın məlumatına görə, Xelvaçauri bələdiyyəsinin Şarabidzeebi kəndində keçirilən əməliyyat nəticəsində bir neçə nəfər yaralanıb.

Ağarza Elçinoğlu

Seçilən
70
50
unikal.az

10Mənbələr