AZ

Türbələr və sərdabələr müqəddəslərin mənəvi dəyərlərini əbədiləşdirmək üçün tikilmiş abidələrdir Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Qala kəndinin qədim tarixi var. Kəndə daxil olanda qədim tikililərin qalıqları diqqətini çəkir. Burada Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaxınlığında qədim Qala qəbiristanlığı yerləşir. Qəbiristanlıqda çox sayda türbələr və sərdabələr olsa da, bu günə qədər onların qalıqları gəlib çıxıb.

Qədim dövrlərdə müqəddəslər üçün ziyarətgahlar tikilirdi, çünki insanlar onları mənəvi bələdçi hesab edilirdi. Onlar dünyadan köçəndən sonra da insanlar onlara hörmət və sədaqətlərini davam etdirir və bu müqəddəs məkanlarda dua edərək mənəvi dəstək axtarırdılar Ziyarətgahlar müqəddəslərin ruhlarının mövcud olduğuna və hələ də insanlara kömək edə biləcəyinə inancını təmsil edən mənəvi mərkəzlər idi. Ziyarətgahlar ziyarətçilərin bu mənəvi bələdçilərdən şəfaətini istəmələri və həyat arzuları üçün dua etmələri üçün tikilirdi.

Maraqlıdır ki, sərdabə və ziyarətgah kultunun əsasını mərhumların ruhlarının yaşamağa davam etdiyinə inam təşkil edir. Bu inam ziyarətgahların mərhumların ruhları ilə ünsiyyət qura, hörmət edə və sığına biləcəyi yerlər kimi xidmət etməsinə gətirib çıxarır.

Qısası; türbələr, sərdabələr müqəddəslərin həyatları boyu nümayiş etdirdikləri bilikləri və mənəvi dəyərləri əbədiləşdirmək üçün tikilmiş abidələrdir. Bu strukturlar həmçinin müqəddəslərin cəmiyyətə bəxş etdiyi dəyərləri və mirası şərəfləndirmək üçün simvol kimi xidmət edir. Qala qəbiristanlığında da belə sərdabələrə rast gəlmək mümkündür. Görünən odur ki, Qala kəndində həm də sözünə, həyat tərzinə hörmət ediləcək və mənəvi bələdçi hesab ediləcək insanlar çox olub.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
bizimyol.info

1Mənbələr