AZ

Demensiya riski artır: yaşlılar şəkərdən niyə uzaq durmalıdır?

Bioloq Aleksey Moskalyov bildirib ki, qocalıqda qanda şəkərin tez-tez qalxıb-enməsi və ümumiyyətlə yüksək qalması demensiyanın inkişafına səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, bu barədə o, “Gazeta.ru”ya açıqlamasında deyib.

“Qlükoza kəskin yüksələndə insulin ifraz olunur və sonra qanda şəkər sürətlə düşür. Bu isə beynin qlükoza aclığı yaşamasına səbəb olur. Qanda şəkərin daim yüksək olması insulinə qarşı müqavimət yaradır, bu da demensiyanın inkişafına kömək edir və beyini qidalandıran damarları geri dönməz şəkildə zədələyir. Beyinə şirin qida yox, sabit və fizioloji şəkildə tənzimlənən qlükoza lazımdır. Bunun üçün ən doğru yol şirniyyat əvəzinə bütöv karbohidratlar — tam taxıllı sıyıqlar, tərəvəz və meyvələr yeməkdir”.

Mütəxəssis qeyd edib ki, şəkəri sadəcə şəkər əvəzedicilərlə dəyişmək də riski azaltmır.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə tövsiyə edib ki, çəkiyə nəzarət və ya xroniki xəstəliklərin qarşısını almaq üçün şirinləşdiricilərdən əsas üsul kimi istifadə olunmasın. Çünki uzunmüddətli faydası tam sübut olunmayıb və bəzi hallarda mənfi təsirlərlə bağlı siqnallar var.

Bioloq vurğulayıb ki, ən düzgün yol şəkəri sadəcə kalorisiz şirinlə əvəz etmək yox, ümumiyyətlə daimi şirin dadına öyrəşmə vərdişini azaltmaqdır.

Həmidə İbrahimova

Seçilən
98
2
olke.az

3Mənbələr