AZ

Bakıda məşhur kollecdə təmir işləri görüləcək

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin binasında təmir və yenidənqurma işləri aparılacaq.

BAKU.WS-in məlumatına görə, layihənin məqsədi binanın köhnəlmiş hissələrinin yenilənməsi və daha təhlükəsiz, funksional vəziyyətə gətirilməsidir.

Təmir işləri əsasən dam örtüyü və döşəmə sahələrini əhatə edir. Belə ki, damda yararsız hala düşmüş su axıdıcı novlar və su qəbuledici elementlər söküləcək, onların yerinə yeniləri quraşdırılacaq. Eyni zamanda, mövcud novların təmizlənməsi də həyata keçiriləcək. Bundan əlavə, istifadəyə yararsız vəziyyətə düşmüş keramoqranit döşəmə örtüyü də söküləcək.

Qeyd edək ki, bu təşəbbüs təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması və tələbələr üçün daha rahat şəraitin yaradılması məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
baku.ws

2Mənbələr