Martın 18-nə keçən gecə Krasnodarın ən böyük otellərindən biri və bir çoxmənzilli bina dronlarla hücuma məruz qalıb. Təxminən 17 avtomobilə ziyan dəyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ura.ru saytı Krasnodar diyarının əməliyyat qərargahının məlumatlarına istinadən məlumat yayıb.
Krasnodar Əyaləti Əməliyyat Qərargahının məlumatına görə, “Mərkəzi bölgədə PUA-nın qalıqları fərdi evin divarına və pəncərə şüşələrinə, eləcə də otelin dayanacağında olan 7 avtomobilə zərər vurub. Prikubanski rayonunda isə PUA-nın qalıqlarının düşməsi nəticəsində çoxmənzilli binanın damı zədələnib, eyvan dağılıb və mənzillərdən biri zədələnib. Dağıntılar nəticəsində təxminən 10 avtomobilə ziyan dəyib”.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Bütün ünvanlarda təcili yardım və xüsusi xidmət orqanları işləyir.