AZ

İsraildən Xameneiyə hədə - "Tapıb zərərsizləşdirəcəyik"

İsrail ordusu İran ətrafında baş verən son hadisələr fonunda sərt bəyanatla çıxış edib.Missiya.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Bildirilib ki, İsrail Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Effie Defrin İranın yeni Ali lideri Müctəba Xamenei barədə danışarkən onun "tapılıb zərərsizləşdiriləcəyini" qeyd edib:

"Biz Müctəba Xamenei haqqında heç nə bilmirik, onu eşitmirik, görmürük, amma sizə bir şey deyə bilərəm: onu tapacağıq, zərərsizləşdirəcəyik."

Qeyd edək ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü də təsdiqləyib. 

Seyranə QuliyevaMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr