AZ

Hakimi bunu bacaran ilk müdafiəçi oldu

PSJ-nin oyunçusu Əşrəf Hakimi Çempionlar Liqası tarixində iki fərqli mövsümdə beş və ya daha çox məhsuldar ötürmə verən ilk müdafiəçi olub.

Msport.az xəbər verir ki, mərakeşli oyunçu 1/8 finalın “Çelsi” ilə ikinci oyununda Bredli Barkolaya məhsuldar ötürmə verib.

Matç 3:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. 27 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 23 oyuna çıxıb, 3 qol vurub və 5 assist edib.

Qeyd edək ki, Hakiminin Fransa klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Seçilən
56
2
msport.az

3Mənbələr