AZ

Bakı şəhəri üzrə daha yeddi kollektor xəttinin tikintisi davam etdirilir

Bakı.Trend:

“Müşviqabad kollektoru” layihəsi nəticəsində Xırdalan şəhəri iləyanaşı, Masazır, Aşağı Güzdək, 28 May və Müşviq qəsəbələri daxilolmaqla ümumilikdə bir neçə yaşayış məntəqəsinin kanalizasiya vətullantı sularının idarə olunması təmin ediləcək.

Trend xəbərverir ki, bu fikirləri bu gün Müşfiqabad hövzəsi üzrə görülən işlərbarədə açıqlama verərkən Tikilməkdə Olan Obyektlərin Müdriyyəti"publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorununmüdiri İman Rzayev deyib.

“Bakı şəhəri üzrə daha yeddi kollektor xəttinin tikintisi davametdirilir. Paralel olaraq iki su təmizləyici qurğunun və üç nasosstansiyasının inşası da həyata keçirilir”.

İ.Rzayev qeyd edib ki, layihə ekoloji baxımdan da mühüməhəmiyyət daşıyır.

“Belə ki, təmizləyici qurğudan çıxan su tam təmizlənmiş haldaXəzər dənizinə yönləndiriləcək və hətta suvarma məqsədləri üçünistifadə oluna biləcək”.

Seçilən
77
az.trend.az

1Mənbələr