AZ

Azər Badamov: “Azərbaycandakı xalq-iqtidar birliyini heç kim poza bilməz, cinayətkarlar gec-tez cəzalanacaqlar”

“Dövlət Təhlükəsizliyi Xidmətinin Prezident ailəsini şantaj edənlərlə bağlı yaydığı videodakı səs yazıları xaricdə oturub özlərini “bloger” adlandıranların müstəqil şəkildə fəaliyyət göstərmədiklərini bir daha təsdiq edir. Təbii ki, hər hansı bir blogerin elə məlumatlara əlçatanlığı olmur, ya da feyk videoları peşəkar hazırlaya bilməz. Burda xüsusi bir şəbəkə işləyir. Həmin şəbəkə saxta məlumatlar, videolar hazırlayır, müəyyən çərçivədə tapşırıqlar verir  və  Prezident ailəsinə qarayaxma etməklə ölkədə ictimai-siyasi gərginlik yaratmağa çalışır. Bunun da kökündə əsaslı səbəblər var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat səbəbləri sadalayıb: “Azərbaycan dövləti ərazilərini işğaldan azad edərək regiona davamlı sülh və əməkdaşlıq gətirir. Sağımızda və solumuzda müharibələr gedir, Azərbaycan isə sabitlik adasıdır. Həm də müstəqil sözümüzü deyirik və aparılan siyasətdə xalqın milli maraqları ifadə olunur. Amma bəzi dairələr Azərbacan kimi balaca və enerji resurslarına malik ölkələrin asıllı vəziyyətdə olmasına, xalqın milli sərvətlərinə özlərinin sahib çıxmalarına öyrəşiblər. Bir sözlə, Azərbaycanın qələbəsi, sabitliyi, inkişafı, yaratdığı reallıqları, öz mövqeyini dəyişməməsi və sözünü açıq deməsini qəbul etmək istəməyən dairələr var. Ölkə daxilində “5-ci kolon” vasitəsilə məqsədlərinə nail ola bilmədikləri üçün növbəti planlarını xarici ölkələrə sığınan, özlərini “bloger” adlandıran və “sapı özümüzdən olan baltalar”la davam etdirirlər. Təbii ki, onların fəaliyyətləri də ifşa olunur və zaman gələndə hər biri qanunlarımız qarşısında cavab verəcək. Ölkədəki xalq-iqtidar birliyini heç kim poza bilməz, çünki xalqımız ayıqdır və dünyada baş verən proseləri, başımıza gətirilən faciələri və bu günün bizə qazandırdığı nailiyyətləri yaxşı seçə bilir. Cinayətkarlar isə gec-tez cəzalanacaqlar”.

 

Aytəkin Qardaşova

Tarix: 18 Mart 2026, 10:47   
Seçilən
76
pravda.az

1Mənbələr