AZ

Rusiyanı ağır günlər gözləyir: İqtisadi artım sıfıra düşəcək

2026-cı ilin birinci yarısında Rusiya iqtisadi artımı faktiki olaraq sıfır olacaq.

Publika.az xəbər verir ki, bu proqnoz Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun (İEF) mütəxəssisləri tərəfindən hazırlanıb.

Analitiklər hesab edirlər ki, Rusiya ÜDM-nin artımı bu il 1,1 faizə çata bilər. Lakin bu nəticə yalnız ilin ikinci yarısında sürətlənmə yolu ilə əldə ediləcək.

Amma qeyd olunur ki, bu cür proqnozlar Rusiya Bankının fərziyyələri ilə üst-üstə düşmür. Bank hesab edir ki, ÜDM 2026-cı ilin birinci rübündə illik müqayisədə 1,6 faiz artacaq.

Seçilən
29
publika.az

1Mənbələr