AZ

Müşfiqabadda 237 milyon manatlıq su təmizləyici layihə icra olunur

BAKI, 18 mart. TELEQRAF

Hazırda Müşfiqabad hövzəsi üzrə kollektor xəttinin 17,3 km sahəsi mövcuddur. Layihə bir təmizləyici qurğudan ibarətdir. Qurğu 75 kubmetrlik hissəsinin hazırda tikintisi davam edilir.

Teleqraf xəbər verir ki, bu barədə "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 75 min kubmetrlik hissəsi isə sonraki dövrlərdə tikiləcək:

“Hazırda kollektorun 7 şaxtasının 4-də işlər tamamlanıb, 3-də işlərimiz davam edir. Layohənin 3 il müddətində yekunlaşması nəzərdə tutulur, lakin istərdik ki, 3 il müddətindən də tez yekunlaşdıraq. Layihənin maliyyə dəyəri su təmizləyici qurğu üzrə 102 milyon manat, kollektor üzrə 135 milyon manatdır”.

Seçilən
39
teleqraf.com

1Mənbələr