AZ

İranı düzgün istiqamətə aparacaq liderlər var - İsrail rəsmisindən qalmaqallı açıqlama

İranın ölkəni "düzgün istiqamətdə" apara biləcək "potensial liderləri" var.

Musavat.com xəbər verir bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon CNN-ə verdiyi müsahibədə deyib:

"Bəli, bu gün İranın potensial liderləri var ki, onlar öz resurslarından bütün qonşularına ballistik raketlər göndərmək və Hörmüz boğazını bağlamaq əvəzinə,  çiçəklənmə və infrastrukturun inkişafı üçün istifadə edərək milləti düzgün istiqamətə yönəldə bilərlər".

İsrail səfiri konkret şəxslərin adını çəkməkdən imtina edib.

O qeyd edib ki, İranla məsələlərin diplomatik yolla həlli ehtimalı rəhbərliyin dəyişməsindən asılı olacaq: "Əgər fürsət yaranarsa və biz kursu dəyişməyə həqiqətən hazır olan birini görsək... Biz diplomatiyaya inanırıq və başa düşürük ki, bu rejimi yenidən istiqamətləndirdikdən sonra növbəti addım diplomatiya və dinc tədbirlərdən istifadə etmək olacaq".

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr