AZ

Tehranda Əli Laricani ilə vida mərasimi keçiriləcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəfn mərasimi bu gün Tehranda baş tutacaq.

Missiya.Az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Bildirilib ki, eyni zamanda “Bəsic” qüvvələrinin komandiri Qulamrza Süleymani və “USS Dena” gəmisinin dənizçiləri ilə də vida mərasimləri keçiriləcək.

İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümündən kədərləndiyini ifadə edərək onun uzunmüddətli xidmətlərini yüksək qiymətləndirib.

Qeyd edək ki, martın 18-nə keçən gecə Laricaninin ölümü təsdiqlənib. Məlumata görə, o, İsrailin hücumu nəticəsində həyatını itirib.

İran tərəfi buna cavab olaraq İsrail ərazisinə kütləvi zərbələr endirdiyini açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr