Bakı. Trend:
Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyatakeçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalqstandartlara uyğunlaşdırılmasını şərtləndirir.
Trend xəbərverir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinin sədri Elnur Bağırov bu gün Bakıda keçirilən “AZS ISO20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlətstandartının təqdimatında deyib.
O bildirib ki, standartlaşdırma yüksək səviyyədə inkişaf etmişiqtisadiyyatın mühüm tərkib hissəsidir:
"Müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı,onların keyfiyyətinin təmin edilməsi, rəqabətədavamlılığınınartırılması, habelə dünya bazarına çıxışının təmini üçün keyfiyyətinfrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminintəkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusirol oynayır.
Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyatakeçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalqstandartlara uyğunlaşdırılmasını şərtləndirir. Belə ki, dünyaiqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha daintensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlardaqəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədiləbeynəlxalq standartların qəbulunu zəruri edir".
E. Bağırov qeyd edib ki, beynəlxalq standartlar əsasında millistandartların qəbulu malların təhlükəsizliyi və keyfiyyətinin təminolunmasına, insan sağlamlığının qorunmasına və ətraf mühitinmühafizəsinə xidmət etməklə yanaşı, onların rəqabət qabiliyyətininvə ixrac potensialının artırılmasına da mühüm töhfə verir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”təsdiq olunub. Bu proqram çərçivəsində texniki tənzimləməsisteminin formalaşdırılması, istehlakçı hüquqlarının daha etibarlıqorunması və ticarətdə texniki maneələrin aradan qaldırılmasıistiqamətində mühüm addımlar atılıb. Həmçinin iqtisadiyyatın bütünsferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nailolan, təhlükəsiz və keyfiyyətli, rəqabətqabiliyyətli mal vəxidmətlərin istehsalını təmin edən yeni standartların işlənibhazırlanması məqsədilə “2026-2028-ci illər üçün millistandartlaşdırma proqramı” təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyətgöstərən və ölkənin milli standartlaşdırma qurumu olan AzərbaycanStandartlaşdırma İnstitutu tərəfindən “Tədbir davamlılığınınidarəetmə sistemləri - Tələblər və istifadə üçün təlimat” dövlətstandartının qəbul edilməsi mühüm addımdır. Bu standart ölkəmizdətədbirlərin planlaşdırılması, təşkili və idarə olunmasıproseslərində davamlılıq prinsiplərinin sistemli şəkildə tətbiqinəxidmət etməklə yanaşı, təşkilatlara tədbirlərin bütünmərhələlərində, yəni planlaşdırmadan icraya və nəticələrinqiymətləndirilməsinədək davamlı idarəetmə yanaşmasını tətbiq etməyəimkan yaradır. Xüsusilə vurğulamaq istərdim ki, sözügedən standartISO beynəlxalq standartı əsasında hazırlanmış və WUF13 AzərbaycanƏməliyyat Şirkəti ilə birgə əməkdaşlıq nəticəsində qəbul edilib.Əminəm ki, BMT-nin Davamlı İnkişaf Məqsədləri, eləcə də BMT-ninMəskunlaşma Proqramının yanaşmaları ilə tam uyğunluq təşkil edən bustandartın tətbiqi, ölkəmizdə tədbir sənayesinin daha müasir,məsuliyyətli və davamlı əsaslarla inkişafına mühüm töhfəverəcək".