AZ

Seneqal Mərakeşin çempionluğundan məhkəməyə şikayət edəcək

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Seneqal Futbol Federasiyası Afrika Futbol Konfederasiyasının (CAF) qərarı ilə barışmaq niyyətində deyil. Qurum 2026-cı il Afrika Millətlər Kubokunun finalında yığmanın Mərakeşlə oyununun nəticəsinin ləğv edilməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Xatırladaq ki, bundan əvvəl CAF matçı ləğv edərək Mərakeş yığmasını turnirin çempionu elan etmişdi. Qarşılaşmanın nəticəsinin ləğvinə səbəb isə Seneqal futbolçularının 10 dəqiqədən artıq müddətə yaşıl meydançanı tərk etməsi olmuşdu.

"Seneqal Futbol Federasiyası CAF Apellyasiya Komitəsinin qərarı ilə bağlı bildirişi diqqətə alıb. Biz Afrika futbolunun nüfuzuna xələl gətirən bu ədalətsiz, analoqu olmayan və qəbuledilməz qərarı kəskin şəkildə pisləyirik. Seneqal futbolunun hüquqlarını və mənafelərini müdafiə etmək məqsədilə, federasiya dərhal Lozannadakı İdman Arbitraj Məhkəməsində apellyasiya proseduruna başlayacaq. Qurumumuz ədalət və idman prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyir, bu məsələ ilə bağlı atılacaq gələcək addımlar barədə ictimaiyyət məlumatlandırılacaq", - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, matçın əlavə vaxtında Seneqal yığmasının vurduğu qol video icmaldan (VAR) sonra ləğv edilib. Həmin epizodun ardınca Seneqalın qapısına penalti təyin olunub və baş məşqçi Pap Tiave etiraz əlaməti olaraq komandasını meydandan çıxarıb. On beş dəqiqəlik fasilədən sonra seneqallılar yaşıl meydançaya geri dönüb və qapıçı Eduard Mendi Brahim Diasın vurduğu penalti zərbəsini dəf edib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə yeganə qola seneqallı Pape Guye imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
oxu.az

1Mənbələr