ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl türkiyəli tarixçi İlber Ortaylı vəfat edib.
Onun vəfatı Azərbaycan ictimaiyyətində də məyusluqla qarşılanıb, insanlar tarixçinin çıxışlarını paylaşaraq kədərlərini ifadə edirlər.
Fəqət bununla yanaşı, fərqli suallar yazanlar da olur.
Deyirlər ki, bəs nə üçün bizdə İlber Ortaylı yoxdur?
Görəsən, doğrudan da belədirmi?
Gunununsesi.info xəbər verir ki, bu suala eks-deputat, tanınmış təhsil eksperti Etibar Əliyev cavab verib.
O bildirib ki, Azərbaycanda İlbər Ortaylıya bərabər tutulası mütəfəkkirlər yetişib:
“Son dövrlərə diqqət edək. Akademik Azad Mirzəcanzadə, professor Rəhman Bədəlov, professor Qorxmaz Quliyev, professor Həsən Quliyevin adlarını çəkmək olar. Sadəcə, mühit məsələsi var. Türkiyə mühitində mütəfəkkirlərə böyük önəm verilir. Onlarla görüşlər təşkil olunur, kitabları müzakirəyə çıxarılır”,- deyə o qeyd edib.
Etibar Əliyev o cümlədən deyib:
“Adını çəkdiyim Azərbaycan mütəfəkkirlərini dinləyə bilmədik, əsərlərini oxumadıq. Digər tərəfdən isə bizdə artıq polimatlar (yunan dilində “çoxelmlilik”) yetişmir. Polimat-müxtəlif elm sahələri: ədəbiyyat, incəsənət, təbiət elmləri, mədəniyyət sahələrində dərin idraka malik olan şəxsdir. Alim öləndən sonra kitablarını çölə tullayırlar. Polimatlar şəxsi kitabxanalarda yetişən nəhənglərdir. İndi Azərbaycanda normal və funksional kitabxanası olan ziyalıları barmaqla saymaq olar”.
Elmar
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.