AZ

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində təmir işləri həyata keçiriləcək.

Beləliklə, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsi Güney Azərbaycan, Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

"Cebheinfo.az"

Seçilən
26
6
cebheinfo.az

10Mənbələr