Azyaşlı tonqala düşərək xəsarət alıb.
Bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Hadisə martın 17-də saat 21:35 radələrində qeydə alınıb.
Tonqal zamanı yanma hadisəsi ilə bağlı daxil olan çağırış əsasında əraziyə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Həkimlərin müdaxiləsi nəticəsində 2018-ci il təvəllüdlü azyaşlı oğlana hadisə yerində tibbi yardım göstərilib.
Aytac Əliyeva
Telegram kanalımız