AZ

Uşaqlarda stres ömürlük həzm problemlərinə səbəb ola bilər

Yeni araşdırmalar göstərir ki, uşaqlıq dövründə yaşanan stres yalnız psixoloji sağlamlığa deyil, həm də bağırsaqlara təsir edə bilər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, erkən yaşda yaşanan stres bağırsaq-beyin əlaqəsini dəyişdirə və sonrakı illərdə həzm problemləri riskini artıra bilər.

Bu dəyişikliklərin həm bağırsaqda, həm də simpatik sinir sistemində müşahidə olunduğu qeyd edilir.

Tədqiqatın müəllifi Kara Margolis bildirib: "Bizim tədqiqatımız göstərir ki, bu stres faktorları uşağın inkişafına real təsir göstərə bilər və uzun müddətli bağırsaq problemlərinə yol aça bilər. Bu mexanizmləri anlamaq, daha məqsədyönlü müalicələrin yaradılmasına kömək edə bilər".

Araşdırma, uşaqlıqda yaşanan stresin uzun müddətli sağlamlıq problemlərinə təsirini daha yaxşı başa düşmək üçün vacib məlumatlar təqdim edir.

Seçilən
47
azedu.az

1Mənbələr