AZ

İşə girəndə təqdim edilən sənədlərin sayı artırılır

Bakı. Trend:

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsitərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməliolacaqlar.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin bu gün keçirilən videokonfrans formatında iclasındamüzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığınamənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əməkşəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsiməqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və buqəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkənişçilər sağlamlığı haqqında tibbi arayış təqdimetməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilənnarkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuşpeşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlətnarkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbiyoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçininmüvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağanediləcək.

Seçilən
53
5
az.trend.az

6Mənbələr