
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəyə mümkün hücumlarının qlobal fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Missiya.Az xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, Avropa və Amerika rəsmiləri də daxil olmaqla getdikcə daha çox şəxs İranla müharibənin ədalətsiz olduğunu bəyan edir: “Beynəlxalq ictimaiyyətin daha çox üzvü onların nümunəsini izləməlidir”.
Əraqçi vurğulayıb ki, mümkün münaqişənin qlobal nəticələri artıq hiss olunmağa başlayıb və bu təsirlər sərvətindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə təsir edəcək: “Düşmənimiz birdir”.
Nazir həmçinin ABŞ rəsmisi Co Kentin Milli Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefası ilə bağlı açıqlamasına da istinad edib. Həmin açıqlamada İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığı qeyd olunub.
Seyranə QuliyevaMissiya.Az